Birincili varikoz
Səthi vena divarının zəifliyi və klapan çatışmazlığı səbəbindən venaların genişlənməsi ilə yaranan xroniki venoz xəstəlik
Etimologiya
Xəstəliyin tam adı "venaların varikoz xəstəliyi"dir. Varikoz sözü Latınca varix (cəm halı: varices) sözündən gəlir, bu da "şişmiş damar" deməkdir. "-osis" sonluğu qeyri iltihabi xəstəlik olduğunu bildirir. Varix sözünün kökü isə varus – "əyri, bükülmüş" deməkdir. Bu sözə digər xəstəliklərin adında da rast gəlinir.
Başqa dillərdə: varicose veins (EN); varis, varis hastalığı (TT), варикоз, варикозное расширение вен (RU); die Krampfadern, die Varikose (DE)
Etiologiya və Risk Faktorları
- Genetik meyllilik: Ailə üzvlərində varikozun olması riski artırır.
- Hormonal dəyişikliklər: Hamiləlik, menopauza və hormonal preparatların istifadəsi
- Uzun müddət ayaq üstə qalmaq və ya oturaq həyat tərzi: Venoz qayıdışı çətinləşdirir.
- Yaş: Yaş artdıqca vena divarlarının elastikliyi azalır.
- Artıq çəki: Venalara əlavə təzyiq yaradır.
Klinika
- Ayaqlarda ağırlıq və yorğunluq hissi
- Görünən genişlənmiş venalar
- Gecə qıcolmaları və ya ağrılar
- Ayaq və topuq nahiyəsində ödem
- Dəri dəyişiklikləri və ya trofik xoralar (irəliləmiş hallarda)
Diaqnostika
- Anamnez və fiziki müayinə: Xəstənin şikayətləri və klinik əlamətləri qiymətləndirilir.
- Duplex ultrasonoqrafiya: Venaların strukturu və funksiyası vizual olaraq qiymətləndirilir.
- Fotopletizmoqrafiya və ya venoz plethysmografiya: Venoz qayıdışın funksional qiymətləndirilməsi aparılır.
Müalicə
Konservativ Müalicə:
- Kompression terapiya: Müxtəlif dərəcəli kompressiya corabları və ya bandajlar istifadə olunur.
- Fiziki aktivlik: Gündəlik yürüşlər və ayaq əzələlərinin aktivləşdirilməsi tövsiyə olunur.
- Medikamentoz terapiya: Venoaktiv preparatlar simptomların yüngülləşdirilməsində istifadə edilə bilər.
İntervensional və cərrahi müalicə:
- Endovenoz termal ablasiya: Radiotezliklə və ya lazer terapiyası ilə problemli venaların bağlanması.
- Skleroterapiya: Xüsusi maddələrin venaya inyeksiya edilməsi ilə onun bağlanması.
- Cərrahi müdaxilə: Zədələnmiş venaların cərrahi yolla çıxarılması (Stripping, Krossektomiya, CHIVA və s.)
Birincili varikoz — səthi venaların zəifliyi nəticəsində, genişlənməsi ilə yaranan xəstəlikdir. Əsas əlamətlərə ayaqlarda ağırlıq, ağrı, şişkinlik və damarların gözlə görünməsi daxildir. Diaqnostika duplex ultrasəs vasitəsilə aparılır. Müalicə konservativ (kompressiya, dərmanlar) və ya müdaxiləli (endovenoz ablasiya, skleroterapiya, cərrahiyyə) ola bilər. Müalicə seçimi xəstənin vəziyyətinə və xəstəliyin mərhələsinə əsaslanır.
- Pannier F. et al. (2019). S2k-Leitlinie 037-018: Diagnostik und Therapie der Varikose. AWMF.
- Universitätsklinikum Dresden. Varikosis (Krampfadern).
- Hirslanden Klinik St. Anna. Primäre Varikosis
- https://www.gesundheit.gv.at/krankheiten/herz-kreislauf/venen/krampfadern.html
9 baxış, 0 bəyənmə 01-05-2025