Dəm qazı

Karbon monoksid

Tərif

Dəm qazı və ya karbon monoksid (qısaca CO) rəngsiz, iy və dada sahib olmayan qazdır. Bu qaz karbon (C) və oksigenin (O) birləşməsindən əmələ gəlir. Daha sonra oksidləşərək karbon dioksida çevrilə bilər. CO yanıcı və potensial olaraq partlayıcıdır. Həmçinin, bu qaz hemoqlobinə və digər sitoxromlara bağlanaraq dəm qazı zəhərlənməsinə səbəb ola bilər.


Başqa dillərdə: carbon monoxide (EN); karbon monoxit (TT); моноксид углерода или угарный газ (RU), das Kohlenmonoxid oder das Kohlenstoffmonoxid (DE)


Xüsusiyyətlər

  • Karbon monoksid sadə molekuldur və bir karbon atomu ilə bir oksigen atomundan ibarətdir.
  • Otaq temperaturunda hava ilə təxminən eyni sıxlığa malik qazdır (CO sıxlığı 1,15 kg/m³, hava sıxlığı 1,20 kg/m³ təşkil edir)
  • Molar kütləsi təxminən 28,01 g/mol-dir. 


Mənşə

Dəm qazı karbon tərkibli maddələrin natamam oksidləşməsi zamanı əmələ gəlir. Təbii olaraq bu proses vulkan püskürmələrində və meşə yanğınlarında baş verə bilər. Lakin CO emissiyalarının böyük hissəsi insan fəaliyyəti ilə bağlıdır. Buna fosil yanacaqların yanması aiddir (məsələn avtomobil mühərrikləri, istilik sistemləri və sənaye avadanlıqları). 







Natamam yanma şəraitində CO2 əvəzinə CO yaranmasının sxematik izahı. C=karbon atomu, O=oksigen atomu  


Klinik əhəmiyyət

Karbon monoksid tənəffüs zəhəridir. Dəm qazı zəhərlənməsi həyati təhlükə kəsb edir. Əsas yol inhalasiya – yəni qazın nəfəs yolu ilə daxil olmasıdır. 


Dəm qazı və ya karbon monoksid (CO) nədir və niyə təhlükəlidir?


  • Karbon monoksid (CO) rəngsiz, qoxusuz və dadsız bir qazdır. İnsan onu nə görə, nə də qoxusunu hiss edə bilir, məhz buna görə də o, “səssiz qatil” adlandırılır.
  • CO əsasən yanma zamanı yaranır.

Dəm qazı necə əmələ gəlir?


Karbon monoksid aşağıdakı mənbələrdən çıxa bilər:

  • Qaz sobaları və kombilər
  • Kömür, odun və ya manqal sobası
  • Avtomobil mühərriki (qapalı yerdə, məsələn qarajda işləyən maşın)
  • Generatorlar
  • Düzgün işləməyən və ya köhnə istilik sistemləri

Yanma tam olmadıqda CO yaranır. Yəni od varsa, amma kifayət qədər hava çatmırsa, – risk başlayır.





Dəm qazı niyə belə təhlükəlidir?

  • Dəm qazı zəhərlənməsində Karbon monoksid qana daxil olduqda oksigenin yerini tutur.
  • CO hemoglobinə oksigendən 200–250 dəfə daha güclü bağlanır
  • Nəticədə bədən oksigensiz qalır
  • Beyin və ürək ən tez zədələnən orqanlardır
  • Bu proses çox vaxt xəstə yuxuda olarkən baş verir.

3 baxış, 0 bəyənmə 03-01-2026

Dr. med. Toğrul Məmmədli

Plastik cərrahiyyə
Həkim-mütəxəssis

458 baxış, 13 bəyənmə
Qoşulma tarixi: 12-06-2024

000

St. Josefs-Krankenhaus Hagen

Dr. med. Toğrul Məmmədli