Neyrotoksin

Neyronların fəaliyyətini pozan toksik maddələr qrupu


Etimologiya

"Neyro-" (yunanca "νεῦρον" – "neuron") "sinir" və ya "sinir hüceyrəsi", "-toksin" (yunanca "τοξικόν" - "toxikon") isə, "zəhər" deməkdir.

Başqa dillərdə: neurotoxin (EN), nörotoksin (TR), нейротоксин (RU), das Nervengift / das Neurotoxin (DE)


Tərif

Neyrotoksinlər, neyronların fəaliyyətinə müdaxilə edərək sinir sisteminə zərər verən toksik maddələrdir. Bu toksinlər təbii olaraq bəzi bitkilərdə, heyvanlarda və mikroorqanizmlərdə tapılır, həmçinin sintetik ola bilər. 

Bəzi canlıların ifraz etdiyi neyrotoksinlər növbəti cədvəldə göstərilib:

Toksin Bioloji növ Təsir mexanizmi
BotulotoksinClostridium botulinum Sinir-əzələ keçidində asetilxolinin ifrazını bloklayır
AtropinAtropa belladonna (adi xanımotu)Muskarin tipli asetilxolin reseptorlarını bloklayır
RisinRicinus (gənəgərçək)Ribosomlara bağlanaraq zülal sintezini bloklayır
TetrodotoksinTakifugu rubripes (fuqu balığı)Sinir hüceyrələrinin membranlarında natrium kanallarını bloklayır

Digər neyrotoksinlərə etanol və bəzi pestisidlər aiddir.


Mənbələr

  • Heyvanlar: ilanlar (kobralar, gürzələr), əqrəblər, arılar, balıqlar (fuqu balığı) və başqaları.
  • Bakteriyalar: clostridium botulinum bakteriyasının ifraz etdiyi botulotoksin.
  • Bitkilər: belladonna ricinus kimi bəzi bitkilərdə olan toksinlər.
  • Sintetik maddələr: Pestisidlər və bəzi kimyəvi maddələr.


Patofiziologiya

Neyrotoksinlər, sinir hüceyrələrinə müxtəlif mexanizmlərlə təsir edir:

  • İmpuls ötürülməsinin bloklanması: sinir hüceyrələrinin sinaptik boşluğunda neyromediator ifrazının qarşısını alır, nəticədə sinir impulslarının ötürülməsi dayanır.
  • Membran kanallarına təsir: bəzi neyrotoksinlər, natrium, kalsium və ya kalium kanallarını bloklayaraq sinir hüceyrələrinin fəaliyyətini pozur. Bunlara bir çox dəniz heyvanının zəhərləri aiddir. 
  • Protein sintezinin inhibisiyası: Bəzi toksinlər, hüceyrə daxilində protein sintezini dayandıraraq hüceyrə ölümünə səbəb olur.


Simptomlar

Neyrotoksinlərin yaratdığı simptomlar müxtəlif ola bilər və toksinin növündən və miqdarından asılıdır. Əsas simptomlar:

  • Əzələ zəifliyi və iflic: Botulinum toksini kimi bəzi neyrotoksinlər əzələ zəifliyinə və iflicinə səbəb ola bilər.
  • Nəfəs darlığı: Ağır hallarda nəfəsalma çətinliyi və ya tənəffüsün tamamilə dayanması mümkündür.
  • Nevroloji simptomlar: Baş ağrısı, başgicəllənmə, görmə problemləri və digər nevroloji simptomlar müşahidə edilə bilər.
  • Qastrointestinal simptomlar: Tetrodotoksin zəhərlənməsi halında qarın ağrısı və qusma müşahidə edilə bilər.


Müalicə

  • Simptomatik və dəstək terapiya: Ağrıkəsicilər, maye infuziyası, ventilasiya dəstəyi və simptomların idarə olunması üçün digər dəstək tədbirləri.
  • Antitoksinlər: Botulinum zəhərlənməsi kimi bəzi hallarda spesifik antitoksinlər istifadə edilə bilər.
  • Mədə yuyulması və ya aktiv kömür: Əgər toksin udulmuşdursa, erkən mərhələdə mədə yuyulması və ya aktiv kömürün istifadəsi faydalı ola bilər.



Etimologiya
"Neyro-" yunanca "sinir", "-toksin" isə "zəhər" deməkdir.

Tərif
Neyrotoksinlər, sinir sisteminə zərər verən zəhərli maddələrdir. Bu toksinlər təbii olaraq bəzi bitkilərdə, heyvanlarda və mikroorqanizmlərdə tapılır, həmçinin sənayedə istehsal olunmuş da ola bilər.
Neyrotoksinlərə həmçinin etanol (spirt) və həşəratlarla mübarizə üçün istifadə olunan zəhərlər (pestisidlər) aiddir.

Mənbələr
Heyvanlar: ilanlar (kobralar, gürzələr), əqrəblər, arılar, balıqlar (fuqu balığı) və başqaları.
Bakteriyalar: clostridium botulinum bakteriyasının ifraz etdiyi botulotoksin.
Bitkilər: belladonna ricinus kimi bəzi bitkilərdə olan toksinlər.
Sintetik maddələr: Pestisidlər və bəzi kimyəvi maddələr.

Simptomlar
Neyrotoksinlərin yaratdığı simptomlar müxtəlif ola bilər və toksinin növündən və miqdarından asılıdır. Əsas simptomlar:
  • Əzələ zəifliyi və iflic: Botulinum toksini kimi bəzi neyrotoksinlər əzələ iflicinə səbəb ola bilər.
  • Nəfəs darlığı: Ağır hallarda nəfəsalma çətinliyi və ya tənəffüsün tamamilə dayanması mümkündür.
  • Nevroloji simptomlar: baş ağrısı, başgicəllənmə, görmə problemləri və s.
  • Qastrointestinal simptomlar: Tetrodotoksin zəhərlənməsi halında qarın ağrısı və qusma müşahidə edilə bilər.
Müalicə
  • Simptomatik və dəstək terapiya: Ağrıkəsicilər, maye, ventilasiya dəstəyi və simptomların idarə olunması üçün digər dəstək tədbirləri.
  • Antitoksinlər: Botulinum zəhərlənməsi kimi bəzi hallarda spesifik antitoksinlər istifadə edilə bilər.
  • Mədə yuyulması və ya aktiv kömür: Əgər toksin udulmuşdursa, erkən mərhələdə mədə yuyulması və ya aktiv kömürün istifadəsi faydalı ola bilər.


  1. Azərbaycanda yayılmış ilan növləri, Zülfü Fərəcli, 24 Mart 2017 - https://zulfuferecli.wordpress.com/2017/03/24/az%C9%99rbaycanda-yayilmis-ilan-novl%C9%99ri/
  2. ABŞ Xəstəliklərin İdarə Olunması və Profilaktikası Mərkəzləri - https://www.cdc.gov/niosh/topics/snakes/symptoms.html

1 baxış, 0 bəyənmə 16-07-2024

Dr. med. Toğrul Məmmədli

Plastik cərrahiyyə
Həkim-mütəxəssis

371 baxış, 12 bəyənmə
Qoşulma tarixi: 12-06-2024

000

St. Josefs-Krankenhaus Hagen

Dr. med. Toğrul Məmmədli