Trigonum femorale (bud üçbucağı)

Budun iç tərəfində qasıq büküşünün dərhal altında yerləşən üç bucaqlı sahə

Etimologiya

Trigonum femorale (həmçinin bud üçbucağı olaraq bilinir) yuxarı, ön bud nahiyəsində yerləşən bir natomik sahədir. "Trigonum" termini latıncadan gəlib və "üçbucaq" deməkdir.

Sinonimlər: Femur üçbucağı

Başqa dillərdə: trigonum femorale (LA), femoral triangle (EN), femoral üçgen (TR), бедренный треугольник (RU), Femurdreieck (DE)


Anatomiya 

Trigonum femorale üç əsas strukturla məhdudlaşır:

  • Yuxarı: Ligamentum inguinale (Qasıq bağı)
  • Medial: M. adductor longus (Uzun adduktor əzələ)
  • Lateral: M. sartorius (Dərzi əzələsi)

 

Struktur

  • Trigonum femorale bir neçə vacib anatomik strukturu ehtiva edir:
  • Vena femoralis (Femoral vena)
  • Arteria femoralis (Femoral arteriya)
  • Nervus femoralis (Femoral sinir)
  • Limfa düyünləri (Nodi lymphoidei inguinales)
  • M. iliopsoas
  • M. pectineus

 

Funksiya 

Trigonum femorale ayağı qidalandıran vacib qan damarları və innervasiya edən sinirlər üçün keçid sahəsidir. Bu, həm də kateterizasiyalar kimi diaqnostik və terapevtik müdaxilələr üçün giriş nöqtəsidir.

 

Kliniki Əhəmiyyət 

  • Femoral yırtıq: Qarın boşluğu məzmununun (çox vaxt bağırsaq) qasıq kanalından trigonum femorale-yə keçdiyi yırtıq növü.
  • Damar əlçatımı: Femoral arteriya kateterizasiyalar (angioqrafiya) və digər damar müdaxilələrinin giriş nöqtəsi kimi əhəmiyyət kəsb edir.
  • Sinir blokadası: Femoral sinir onun innervasiya etdiyi nahiyədə əməliyyatlarda anesteziya məqsədilə bloklana bilər.



  1. Şəkil: https://images.app.goo.gl/wTRd4Kx6Py87oC1C7
  2. Netter FH. *İnsanın Anatomiyası Atlası*. 6-cı nəşr. Elsevier; 2018.
  3. Gray H. *Gray's Anatomy: Kliniki Praktikanın Anatomik Əsasları*. 41-ci nəşr. Elsevier; 2015.


11 baxış, 1 bəyənmə 20-07-2024

Hüseyn Kamalzadə

5-ci kurs
Tələbə

184 baxış, 7 bəyənmə
Qoşulma tarixi: 16-06-2024

Uniklinikum Erlangen/Klinikum Fürth

- Hüseyn Kamalzadə