Üst qolun əzələləri
Çiyin və dirsək hərəkətlərini təmin edən əsas əzələləri
Tərif
Üst qol əzələləri yuxarı ətrafların motor funksiyalarında mühüm rol oynayır. Onlar dirsək və çiyin oynaqlarının hərəkətinə töhfə verir və gündəlik fəaliyyətlərdə – məsələn, qaldırmaq, itələmək, tutmaq – iştirak edirlər. Eyni zamanda, bu əzələlər klinik baxımdan da vacibdir: sinir zədələnmələri, əzələ yırtıqları və ya inyeksiya tətbiqlərində mühüm rol oynayır.
Fleksorlar
Bu əzələlər əsasən dirsək oynağını bükür və ön bölmədə (compartimentum brachii anterius) yerləşir:
- M. biceps brachii
- Başlanğıc: Caput longum (Tuberculum supraglenoidale), Caput breve (Processus coracoideus)
- Sonlanma: Tuberositas radii və Lacertus fibrosus
- Funksiya: dirsək oynağında fleksion, ön qolun supinasiyası, çiyin oynağında anteversiya
- İnnervasiya: N. musculocutaneus (C5–C7)
- M. brachialis
- Başlanğıc: Humerusun ön səthinin distal hissəsi
- Sonlanma: Tuberositas ulnae
- Funksiya: neytral mövqedən asılı olmayaraq dirsək oynağında güclü fleksor
- İnnervasiya: N. musculocutaneus (C5–C6)
Ekstensorlar
Bu əzələlər arxa bölmədə (compartimentum brachii posterius) yerləşir və dirsək oynağını açır:
- M. triceps brachii
- Başlanğıc: Caput longum: Tuberculum infraglenoidale ; Caput mediale: Humerusun arxa səthi, Sulcus nervi radialisdən aşağı ; Caput laterale: Humerusun arxa səthi, Sulcusdan yuxarı
- Sonlanma: Olecranon
- Funksiya: dirsək oynağında ekstension, Caput longum eyni zamanda çiyin oynağında retroversiya və adduksiya
- İnnervasiya: N. radialis (C6–C8)
- M. anconeus
- Başlanğıc: Epicondylus lateralis humeri
- Sonlanma: Olecranon və ulnanın arxa səthi
- Funksiya: ekstensiona yardımçı və oynağın stabilləşməsi
- İnnervasiya: N. radialis
Kliniki əhəmiyyət
Üst qolun travmaları zamanı əlaqədar sinirlərin zədələnməsi müxtəlif nevroloji əlamətlərə səbəb ola bilər.
N. musculocutaneus (C5–C7)
Gedişatı: M. coracobrachialis əzələsini deşərək keçir, M. biceps brachii və M. brachialis arasında yerləşir.
Zədələnmə – məsələn, çiyin çıxığı və ya proksimal travma:
- Dirsək fleksiyasında zəiflik (xüsusilə supinasiya vəziyyətində)
- Supinasiya zəifliyi dirsək bükülü halda
- Hissiyat itkisi ön qolun radial(çöl) tərəfində (N. cutaneus antebrachii lateralis)
N. radialis (C5–C8)
Gedişatı: Humerusun arxa tərəfində Sulcus nervi radialis boyunca. Humerus diafizi qırığında zədələnməyə meyllidir.
Zədələnmə – xüsusilə humerus orta hissəsində:
- Sallanan əl (manus pendens) – ekstensor əzələlərin iflici
- Dirsək ekstensorlarında zəiflik (M. triceps brachii) – əgər proksimal zədələnmədirsə
- Hissiyat pozğunluğu əlin arxa radial(çöl) tərəfində və baş barmaqla işarə barmaq arasında
N. medianus (C6–Th1)
Gedişatı: Üst qolun medial tərəfində keçir, burada budaq vermir.
Zədələnmə – nadirdir, ancaq ciddi travmalarda mümkündür:
- Üst qolda motor və ya hissiyyat itkisi gözlənilmir
- Sonrakı mərhələdə: ön qolun fleksorlarında və thenar əzələlərində zəiflik
- Hissiyat itkisi ovuc səthində, ilk 3½ barmaqda
N. ulnaris (C8–Th1)
Gedişatı: Sulcus bicipitalis medialis ilə keçir, sonra Septum intermusculare brachii medialeni deşərək Epicondylus medialisə yönəlir.
Zədələnmə – məsələn, medial humerus sınığında:
- Üst qolda funksional pozğunluq olmur
- Sonrakı mərhələdə: “Pəncə əli” (claw hand) – interosseus və lumbrical əzələlərin (IV–V) iflici
- Hissiyat itkisi 5-ci barmaq və 4-cü barmağın yarısında, əlin ulnar(daxili) kənarında
Tərif
Üst qol əzələləri çiyin və dirsək oynaqlarını hərəkət etdirən əsas əzələ qrupudur.
Fleksorlar
Ön hissədə yerləşirlər.
- M. biceps brachii – Çiyin və dirsəyi bükür, əli supinasiya edir (ovucu yuxarı çevirir).
- M. brachialis – Dirsəyi güclü şəkildə bükür.
- M. coracobrachialis – Çiyni bükür və bədənə doğru çəkir.
Bu əzələlər N. musculocutaneus siniri ilə idarə olunur.
Ekstensorlar
- M. triceps brachii – Dirsəyi açır (ekstension), çiyinə də təsir göstərir.
- M. anconeus – Dirsəyi açmağa kömək edir və stabillik yaradır.
Bu əzələlər N. radialis tərəfindən innervasiya olunur.
- Moore, K.L., Dalley, A.F., Agur, A.M.R. (2013). Clinically Oriented Anatomy. 7th ed. Lippincott Williams & Wilkins.
- Netter, F.H. (2019). Atlas of Human Anatomy. 7th ed. Elsevier.
- Platzer, W. (2015). Taschenatlas der Anatomie: Bewegungsapparat. Thieme Verlag.
- Standring, S. (ed.) (2020). Gray’s Anatomy: The Anatomical Basis of Clinical Practice. 42nd ed. Elsevier.
- Tortora, G.J., Derrickson, B.H. (2017). Principles of Anatomy and Physiology. 15th ed. Wiley.
3 baxış, 0 bəyənmə 16-04-2025